“QƏZZADAKI GƏRGİNLİYİN TEZLİKLƏ ARADAN QALDIRILACAĞINA ÜMİD EDİRİK”

0

“Biz Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümid edirik”.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanladığı məktubda əksini tapıb.

“Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş və bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcəkdir”, – məktubda bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV FƏLƏSTİN DÖVLƏTİNİN PREZİDENTİNƏ MƏKTUB GÖNDƏRİB

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Fələstin Dövlətinin milli bayramı...

Bağla