QANUNSUZ ZƏVVAR APARAN HƏCC ŞİRKƏTLƏRİNİN LİSENZİYALARI LƏĞV EDİLİB

0

Bildirilib ki, 2024-cü il Həcc təşkilatı zamanı 600-dən çox Misir vətəndaşının ölümündən sonra 16 turizm şirkətinin fəaliyyət lisenziyası ləğv edilib.

Misir hakimiyyəti zəvvarları ziyarət vizası olmadan qanunsuz olaraq Məkkəyə aparan turizm şirkətlərinə qarşı cinayət işi qaldırıb.

2024-cü ildə 1,8 milyon müsəlmanın Həcc ziyarətini yerinə yetirmək üçün gəldiyi Səudiyyə Ərəbistanının Məkkə şəhərində həcc dövründə havanın temperaturunun 51 dərəcədən yuxarı olması səbəbindən mindən çox insanın öldüyü bildirilib.

Səudiyyə Ərəbistanı rəsmilərinin verdiyi məlumata görə, bu il 600-dən çox Misir, 200-dən çox İndoneziya və 14 Malayziya, 75 İordaniya, 49 Tunis, 11 İran, 98 Hindistan, 35 Pakistan və 23 Türkiyəli zəvvar dünyasını dəyişib.

Səlahiyyətlilər, mindən çox ölüm olduğunu və 2000-dən çox zəvvarın müxtəlif xəstəxanalarda müalicə olunduğunu açıqladı.

Ölənlərin yarısının həcc ziyarətinə qeydiyyatsız yollarla gələnlər olduğu, kondisionerli çadır və avtobus imkanlarından yararlana bilməyən zəvvarların həddindən artıq istilər səbəbindən xəstələndiyi və əksəriyyətinin bu səbəbdən öldüyü getdiyi bildirilib.

Bu il Səudiyyə Ərəbistanı administrasiyası Həcc vizası olmayan zəvvarların Nusuk proqramı çərçivəsində həcc vizasını yoxlayaraq izdiham yaratmasının qarşısını almağa çalışıb.

Ərəfatdan əvvəl hava istiliyinin daha da artması ilə bağlı davamlı xəbərdarlıqlar edən Səudiyyə Ərəbistanı qurulan keçid məntəqələri vasitəsilə Ərəfat və Kəbəyə girişi təşkil edib.

İordaniya və Tunis hökumətləri də qeyri-qanuni zəvvarları daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq edib. İordaniya zəvvarları qeydiyyatsız olaraq Məkkəyə aparan turizm agentliyinin rəhbərlərini saxladığını açıqlayıb.

Diyanet.com

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ONU OXU, ONUNLA YAŞA” ADLI OXU MÜSABİQƏSİ KEÇİRİLİR – ELAN

Gəncliyə Yardım Fondu və Sınaq.biz olaraq, Hz. Peyğəmbərimizin (s) mövludu münasibətilə “Onunla oxu, Onunla yaşa” kitab oxuma müsabiqəsinə start veririk....

Bağla