Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində təmsil olunacaq Türkiyə hərbçiləri Azərbaycana gəlib.
NTV xəbər verir ki, Ağdamda yerləşəcək mərkəzdəki Türkiyə hərbçiləri yanvarın əvvəlində xidmətə başlayacaqlar.
Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir. Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək. O, ilk heyətlə Azərbaycana gəlib.
Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. 25-ə yaxın hərbi qulluqçudan ibarət ilk heyət artıq Azərbaycandadır. Qarşıdakı həftələrdə digər heyətin də gələcəyi gözlənilir.
Report