SÜLHMƏRAMLILARIN POSTLARI QARABAĞIN 3 RAYONUNDA LƏĞV EDİLİB

0

Qarabağın 3 rayonunda sülhməramlıların postları ləğv edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Qarabağda tərəflərin keçmiş təmas xətti boyunca sülhməramlıların müvəqqəti müşahidə məntəqələri yığışdırılıb” – nazirlikdən bildirilib

Məlumatda o da bildirilir ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

Qeyd edək ki, ləğv edilən postlar Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarında fəaliyyət göstərib.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ HƏRBÇİLƏRİNİN İRAQ VƏ SURİYADA QALMA MÜDDƏTİ DAHA İKİ İL UZADILIR

Prezident Rəcəb Tayyib Ərdoğan İraqda və Suriyada olan Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin qalma müddətinin daha iki il uzadılması haqqında qanun...

Bağla