QARAKƏND FACİƏSİNDƏN 30 İL ÖTÜR

0

Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 30 il ötür.

“Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub. Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri – ümumilikdə 22 nəfər həlak olub.

Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub.

Əvvəllər rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması fərziyyəsi səsləndirilib. Ancaq bir neçə gün sonra vertolyotun ermənilər tərəfindən vurulduğu təsdiqini tapıb. Terror aktı nəticəsində Mİ-8 hərbi vertolyotunda həlak olanların tam siyahısını təqdim edirik:

– Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

– İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror

– Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri, daxili işlər naziri

– Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini

– Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

– Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

– Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri

– Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

– İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru

– Vladimir Vladimiroviç Kovalyov – DQMV Daxili İşlər İdarəsinin rəisi

– Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

– Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

– Saylau Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini

– Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

– Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

– Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

– Alı Mustafa oğlu Mustafayev – telejurnalist

– Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı

– Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator

– Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri

– Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü

– Dmitri Borisoviç Yarovenko – vertolyot heyətinin üzvü

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANDAN HƏYATİ MESAJLAR

Təslimiyyət: وَأُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ “Mən öz işimi Allaha həvalə edirəm. Şübhəsiz ki, Allah bəndələrini...

Bağla