QARDAŞLIĞIN DAHA BİR NÜMUNƏSİ: BAKININ TƏŞƏBBÜSÜ İLƏ AZƏRBAYCAN-TÜRKİYƏ HAVA MƏKANI AÇILIR

0

Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsi… Hər iki ölkə biri-birinin üzünə hava məkanını açır. Bu, bütün dünyaya örnək ola biləcək bir addımdır.

29 iyundan etibarən Türkiyə və Azərbaycan vətəndaşlarının sərbəst formada hər iki ölkəyə gediş-gəlişi bərpa olunur.

Belə ki, hər iki ölkənin qarşılqlı razılığı əsasında, həftədə iki dəfə Azərbaycan Hava Yolları, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul reysləri həyata keçiriləcək.

Digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək, Vətənə gələ biləcəklər.

İnsanları maraqlandıran uçuşların hansı şəkildə həyata keçirilməsi, biletlərin necə əldə edilməsi və s. kimi məsələlər var.

Sıravi vətəndaşlar, eləcə də, diplomatların gediş-gəlişi bərpa olunacaqmı?

Sərnişinlərlə bağlı COVID-19 testi necə keçiriləcək?

AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski Modern.az-a açıqlamasında bildirib ki, bu və digər suallara aydınlıq gətiriləcək:

“Hazırda bu barədə hansısa informasiyanı vermək ixtiyarında deyiləm. Əlavə məlumat olan kimi ictimaiyyətə ətraflı şəkildə açıqlama veriləcək”.

AZAL-ın mətbuat xidmətindən o da bildirilib ki, reyslərin tarixləri, təyyarə biletinin qiyməti, tələbələrə şamil olunacaq güzəştlər və digər tələb və şərtlər barədə əlavə ətraflı məlumat veriləcək.

Türkiyədəki mötəbər mənbələrdən əldə etdiyimiz məlumata görə, bu nəcib təşəbbüs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycandan Bu İl Həcc Ziyarəti Təşkil Olunmayacaq

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-nın sorğusuna cavab olaraq bildirilib. Bu il Həcc ziyarətinə getmək üçün indiyədək sənəd verənlərlə bağlı...

Bağla