QAZAXDA “MƏNƏVİ DƏYƏRLƏRİN TƏBLİĞİNDƏ FƏRDİ VƏ İCTİMAİ AMİLLƏR” MÖVZUSUNDA REGİONAL SEMİNAR KEÇİRİLİB.

0

Dekabrın 7-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazax rayonunda “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib.

Bildirilir ki, tədbirdə rayon ziyalıları, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Regional seminarı açan Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov Qazaxda mənəvi sahə ilə bağlı təşkil edilmiş seminarın əhəmiyyətindən danışıb. O, gənclərin mili-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyə edilməsinin günün tələbi olduğunu bildirib.

Sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Fondun fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıb. İcraçı direktor müavini fərdi və ictimai cəhətdən mənəvi dəyərlərin təbliğ edilməsinin forma və vasitələri haqqında danışaraq qeyd edib ki, cəmiyyətin mənəvi inkişafı fərdlərin inkişafından birbaşa asılıdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli ölkəmizin sosial-iqtisadi inkişafının mənəvi sahəyə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Y.Məmmədli mənəvi dəyərlərin qorunması və inkişafı yolları haqqında geniş məruzə ilə çıxış edib.

Seminarda digər çıxış edənlər də mənəvi dəyərlərlə bağlı iştirakçılara öz tövsiyələrini çatdırıblar.

Regional seminar geniş müzakirələrlə öz işini davam etdirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMANLARA QARŞI TERROR PLANLAŞDIRAN ŞƏXS TUTULUB

Hollandiyada müsəlmanlara qarşı terror hücumu planlaşdıran, qanunsuz silah saxlayan şəxs həbs edilib.

Bağla