Cənubi Koreyada bu il keçirilməsi planlaşdırılan Pxençxan 2018 qış olimpiya oyunları müsəlmanlar üçün yeni imkanların qapısını açacaq.
Rəsmi Seul bu çərçivədə yeni addımlar atmağa hazırlaşır. Ölkənin Turizm İdarəsi fevralın 25-də başlaması planlaşdırılan qış olimpiya oyunlarının müsəlman iştirakçıları üçün mobil məscid tikintisinə başlayıb. İdarədən verilən məlumata görə, müsəlmanlar üçün nəzərdə tutulan iki mobil bina artıq test mərhələsindədir. Həmin mobil binalarda ayaqyolu, dəstəmaz otağı, duş kabinası, namaz otağı və təbii ki, oxumaq üçün Qurani-Kərim olacaq.
İdarə rəhbərliyi həmçinin bildirib ki, mobil binaların fəaliyyəti qış olimpiya oyunlarının başa çatmasından sonra da davam edəcək. Bu isə öz növbəsində ölkəyə cəlb edilən müsəlman turist sayının çoxalması deməkdir. Qeyd edək ki, 2017-ci ildə Cənubi Koreyanı 1 milyon müsəlman turist ziyarət edib.
Xəbər: Şirəli Məmmədov