Qurban bayramında 46 yaşlı hindistanlı müsəlman Zakir Miya qızının hindu ilə evlənməsinə qarşı çıxdığı üçün hücuma məruz qalıb və öldürülüb. Hadisə Zakirin evində baş verib.
Qızı ilə evlənmək istəyən hindunun istəyini rədd edən Zakir Miya uzun müddətdir ki, sözügedən şəxs tərəfindən təhdidlərə məruz qalırdı. Həmin şəxs dostları ilə Qurban bayramında Zakirin evinə gələrək, Zakir Miyaya silah və dəyənəklə hücum edib. Hücumda Zakirin həyat yoldaşı və kiçik qızı da hədəf alınıb. Hücum zamanı Zakir başından dərin yara alıb. Zakir əvvəlcə İlhas Nagardakı mərkəzi xəstəxanaya aparılıb, sonra isə Kalvadakı Chhatrapati Shivaji xəstəxanasına köçürülüb. Zakir aldığı xəsarətlərdən xilas ola bilməyib və dünyasını dəyişib.
Hindu dəstələri son illərdə müsəlmanlara təzyiqlərini artırıb. Hindistan rəhbərliyi də müsəlmanlara qarşı hücumlar həyata keçirən hindu dəstələrinə qarşı heç bir tədbir görmür.
Haber7.com