Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər xanım Cavadlı fəlsəfə üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
İislamveirfan.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat paylaşılıb.
Biz də islamveirfan.com kollektivi olaraq əldə etdiyi elmi nəaliyyəti münasibəti ilə Qəmər xanım Cavadlını ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!