“AZƏRBAYCANDA MULTİKULTURALİZMİN İNKİŞAFI TƏMİN EDİLİB”

0

Qazaxıstanda və Azərbaycanda multikulturalizmin, dinlərarası sülh və əməkdaşlığın təmin edilməsi və inkişafı üçün lazımi şərait yaradılıb.

Bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 14-15 sentyabrda Qazaxıstanda keçiriləcək dini liderlərin VII qurultayına ünvanladığı məktubunda yer alıb.

Onun sözlərinə görə, dini, siyasi, elmi və ictimai xadimlər VII Qurultayda həmrəylik nümayiş etdirərək yekun sənəddə terrorun bütün forma və təzahürlərini, nifrət və ksenofobiyaya çağırışı, dindən şəxsi və siyasi məqsədlər üçün istifadə edilməsini, həmçinin kilsələrdə, məscidlərdə, sinaqoqlarda və digər dini məbədlərdə inanclı şəxslərə qarşı ekstremizm aktlarını kəskin şəkildə pisləyəcək, dini simvolların və müqəddəs yerlərin təhqir olunmasına qarşı etiraz səsini ucaldacaqlar.

A.Paşazadə məktubunda ənənəvi dünya dinlərinin təmsilçilərinin, dövlət xadimlərinin və ictimai xadimlərin bütün dünyada sülh və əmin-amanlığın təmin edilməsinə yönəlmiş səylərinin yekun məqsədi olan missiyanı yüksək səviyyədə həyata keçirdiyinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə öz dərin minnətdarlığını bildirib.

O, Azərbaycan və Qazaxıstanın həm ikitərəfli, həm də çoxtərəfli münasibətləri dərinləşdirilmək üçün geniş imkanlara malik olduğunu bildirib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Yanan kılsədən 6 nəfəri xilas edən müsəlman gənc qəhraman elan edildi – FOTO

Misirin paytaxtı Qahirə şəhərindəki kilsələrdən birində baş vermiş yanğında yerli müəlmanlardan biri 6 xristianı yanğının cəngindən xilas edib. Məlumata görə,...

Bağla