QMİ sədri: “Erməni kilsəsinin rəhbəri sülhü təşviq etmək əvəzinə, revanşizmə ruhlandırır”

0

“Milli-mənəvi dəyərlərə sadiqlik və bəşəri dəyərlərə ehtiram Azərbaycan xalqının təfəkkür meyarıdır. Biz Qarabağda mənəvi abidələrimizi dirçəldirik, məscidlərlə yanaşı kilsə və digər məbədləri yenidən qurur, bərpa edirik, erməni kilsəsi isə xristian dünyasının təəssübkeşliyini qazanmaq üçün qarayaxmalar yayır, Qarabağda guya kilsələrin dağıdılması barədə yalan, böhtanlar danışır, öz aqressiv münasibətini, qızışdırıcı fəaliyyətini davam etdirməkdədir”.

Bunu Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülilsam Allahşükür Paşazadə bildirib.

“Çox təəssüf edirəm ki, erməni kilsəsinin rəhbəri əlində İncil və xaç Xankəndiyə gələrək ermənilərə nicat verəcək sülh ideyalarını təşviq etmək, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmək əvəzinə, yenidən müharibə, revanşizmə ruhlandırır. Din xadiminin yeni müharibələrə, nifrətə, işğalçılığa, separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına dünya ictimaiyyəti biganə qalmamalıdır” – QMİ sədri vurğulayıb.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Dini konfessiya rəhbərləri Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Azərbaycandakı dini konfessiya rəhbərləri dünya dini liderlərinə, beynəlxalq təşkilatlara, parlamentlərə və dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə deyilir: Uca Yaradanın adı...

Bağla