QMİ sədri KAICIID-in onlayn toplantısında iştirak edib

0

İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə  Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Direktorlar Şurasının onlayn formatda keçirilən toplantısında iştirak edib.

KAICIID-in Baş katibi dr. Zuheyr Əl-Harsi iclası giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb və beynəlxalq təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələri barədə məlumat verib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salam-dualarını virtual toplantının iştirakçılarına yetirib.  Şeyxülislam həzrətləri ölkəmizin dinlər və mədəniyyətlərarasında dialoqa verdiyi töhfələrdən danışıb, Azərbaycanda multikulturalizmin, müxtəlif dinlərin harmoniyasının yüksək səviyyədə olduğunu diqqətə çatıdırıb.

Şeyxüilislam A.Paşazadə Direktorlar Şurasının üzvü olduğu bu nüfuzlu beynəlxalq təşkilatın fəaliyyətini qənaətbəxş sayaraq narahat dünyamızda sülhün, dinlər arasında anlaşmanın davamlı olması üçün dini liderlərin birgə səylərinin gücləndirilməsinin vacibliyini qeyd edib, Direktorlar Şurasına yeni seçilən üzvlərinə gələcək işlərində uğurlar arzulayıb.

Toplantıda KAICIID-in növbəti dövr üçün fəaliyyət istiqamətləri, tədbirlər planı barədə fikir mübadiləsi aparılıb, təkliflər barədə fakir mübadiləsi aparılıb, həmçinin Direktorlar Şurasına yeni üzvlərin seçilməsi məsələsinə baxılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycanla Ermənistan arasında sülhü mümkün qədər tez görmək istəyirik”

“Arzu edirik ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və barış hökm sürsün". Bu sözləri NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat...

Bağla