QMİ SƏDRİ KAICIID NƏZDINDƏ DİNİ LİDERLƏR ŞURASININ TƏSİSİNİ TƏKLİF ETDİ

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 9 iyun tarixində KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Tərəflər şurası və Direktorlar şurasının videokonfrans formatında keçirilən birgə sessiyasında iştirak etdi.

Shanti Ashram təşkilatının direktoru Dr. Kezevino Aramın sədrliyi ilə keçən sessiyada Şeyxülislam A. Paşazadə ilə bərabər Direktorlar Şurasında təmsil olunan Ekumenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi Dr. Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist təşkilatının Prezidenti Koşo Nivano, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Dr. Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, habelə Beynəlxalq Mərkəzin Baş Katibinin müavini Alvaro Albacete iştirak etdilər.

         Tədbirin gedişində cari məsələlər ətrafında müzakirələr aparıldı və hesabatlar dinlənildi. Katibliyin əməkdaşları KAICIID-in dünyanın bir sıra ölkələrində, o cümlədən, Nigeriya, Mərkəzi Afrika Respublikasında, Myanmada, eləcə də ərəb regionunda fəaliyyətlər barədə ətraflı məlumat verdilər.

Tədbirdə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Qafqaz müsəlmanlarının səmimi salamlarını və öz xeyir-dualarını iştirakçıların diqqətinə çatdırdı. Daha sonra son günlər Hindistanda pandemiyadan çoxsaylı ölüm halları ilə bağlı başsağlığı verdi və dualar etdi ki, Allah-Təala yaxın zamanda bəşəriyyəti COVİD-19 bəlasından xilas etsin.

Gündəlikdə duran, müzakirə olunan məsələlər barədə öz fikirlərini və tövsiyələrini onlayn sessiya iştirakaçılarının diqqətinə çatdıran QMİ sədri A. Paşazadə KAICIID nəzdində müxtəlif regionları təmsil edən dini liderlər şurasını təsis etmək təşəbbüsü ilə çıxış etdi. Təşəbbüs iştirakçılar tərəfindən müsbət dəyərləndirildi.

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə pandemiya şəraitinə baxmayaraq KAICIID təşkilatının proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərinin davam etdirildiyini rəğbətlə vurğuladı və Azərbaycanda bu istiqamətdə görülən işlərdən bəhs etdi. Birgə sessiya iştirakçıları tərəfindən Azərbaycan dövlətinin dünyada dinlərarası dialoq və əməkdaşlığa verdiyi töhfələr qeyd olundu. Onlayn sessiya məhsuldar keçdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDİ-NƏBƏVİNİN İMAM VƏ MÜƏZZİN İŞLƏRİ MÜDİRİ İŞDƏN ÇIXARILIB

Səudiyyə Ərəbistanı Məscidi-Nəbəvidə İmam və Müəzzin işləri üzrə müdir və müavini tutduqları vəzifələrindən azad ediliblər. Bu barədə Məscidi-Haram ilə Məscidi-Nəbəvi...

Bağla