QMİ SƏDRİ QAFQAZ XALQLARININ ALİ DİNİ ŞURASININ SƏDRİ SEÇİLDİ

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. İslamveirfan.com xəbər verir ki, bu barədə QMİ sədrinə aid rəsmi sosial şəbəkə səhifəsində məlumat paylaşılıb.

Paylaşımda bildirilir:

“Şeyxülislam həzrətləri Azərbaycanın, Dağıstanın, Kabardino -Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür.”

Biz də islamveirfan.com ailəsi olaraq Şeyxulislam həzrətlərini bu münasibətlə təbrik edir, ona uğurlar arzulayırıq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜMUMDÜYA MÜSƏLMAN ALİMLƏR ŞURASINDAN MİSİRƏ, İSTANBUL ETİRAZI

Ümumdünya Müsəlman Alimlər Şurası, Misir Fətva qurumunun İstanbulun fəthinə “İşğal” deməsinə etirazını bildirib. Şuranın baş katibi Əli Məhyəddin əl-Qaradaği sosial...

Bağla