QMİ SƏDRİ QURBAN BAYRAMI BARƏDƏ FƏTVA VERİLMƏMƏSİNƏ AYDINLIQ GƏTİRİB

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam hacı Allahşükür Paşazadə bu il Qurban bayramı barədə fətva verilməməsinə aydınlıq gətirib. O bildirib ki, Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə ibadət məkanları müvəqqəti bağlıdır və pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarəti belə təxirə salınmışdır.

Bu səbəbdən bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır. Din xadimlərinə bildirildi ki, bu özəllikləri yerlərdə insanlara çatdırsınlar və Qurban bayramı günlərində imkansız, ehtiyacı olan insanlara maddi, mənəvi yardımın bəyənilən əməl olduğu hər yerdə təlqin edilsin. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN DƏSTƏYİ İLƏ KİEVİN MƏRKƏZİNDƏ MƏSCİD TİKİLƏCƏK

Ukaynanın paytaxtı Kiev şəhərində Türkiyənin dəstəyi ilə böyük məscid tikiləcək. Bu barədə Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldere yerli mətbuata...

Bağla