QMİ sədri TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının görüşündə iştirak edəcək

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Astanada keçirilən görüşlərində iştirak etmək üçün 3 oktyabrda Qazaxıstana səfər edəcəkdir.

TDT ölkələrinin liderlərinin Zirvə görüşlərinin ardınca baş tutan TDT dövlətlərinin dini liderlərinin Astanada növbəti görüşündə iştirak edən Şeyxülislam A.Paşazadə səfər çərçivəsində “Xoca Əhməd Yəsəvi irsi və təsəvvüf elmi” mövzusunda konfransda da iştirak və çıxış edəcəkdir. Astanada, həmçinin, “Türk Dünyası, Fətva metodologiyası və xüsusiyyətləri” mövzusunda dəyirmi masa təşkil olunacaqdır.

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının İstanbulda əsasının qoyulmasının ardınca Şuşa şəhərində Əsasnaməsi imzalanmış və Birgə Bəyanatı qəbul edilmişdir. Astana görüşündə bu sənədlərdən irəli gələn vəzifələrin həyata keçirilməsi yönündə əməli işlər müzakirə olunacaqdır. Görüşdə “İslam cəmiyyətin ənənələrini dəstəkləyir” adlı sənədin qəbul olunması nəzərdə tutulur. Görüşdə Türk Dövlətləri Təşkilatının Baş Katibi K.Ömüraliyev iştirak edəcəkdir.

Qazaxıstan Respublikası Parlament Senatının sədri Maulen Aşimbayevin Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurası üzvləri ilə görüşəcəyi nəzərdə tutulur. TDT Müsəlman dini liderlərinin Qazaxıstan rəsmiləri və ikitərəfli görüşləri də planlaşdırılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ YERLƏRƏ LEYSAN, ŞAHDAĞA QAR YAĞIB

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib....

Bağla