QMİ SƏDRİ TÜRKİYƏDƏ KEÇİRİLƏCƏK KONFRANSA DƏVƏT EDİLİB

0

Sentyabrın 29-da Qafqaz Müsəlmanları idarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin “Marmara Grubu” Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suveri qəbul edib.

Görüş əsnasında cənab Suver Şeyxülislam Allahşükür Paşazadəni “Marmara Grubu” Vəqfinin gələn ilin fevral ayında keçirəcəyi beynəlxalq konfransa dəvət edib. O, bildirib ki, gələnilki konfrans çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoq məsələlərinə, həmçinin nifrətə çağırışlara, dindarlara, dini məbədlərə qarşı ekstremist əməllərə və dini rəmzlərin təhqir olunması hallarına qarşı mübarizəyə həsr olunmuş xüsusi panel iclasları nəzərdə tutulur. Cənab Suver bununla bağlı Şeyxülislam həzrətlərinin səsləndirdiyi fikirləri yüksək qiymətləndirib və verdiyi tövsiyələrinə görə ona öz təşəkkürünü bildirib.

Qeyd edək ki, “Marmara Grubu” Vəqfinin konfranslarında ənənəvi olaraq müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi, enerji, səhiyyə, iqlim və telekommunikasiya istiqamətlərində dünyanın qabaqcıl elm, siyasi, ictimai xadimlərilə yanaşı Şeyxülislam həzrətlərinin və digər nüfuzlu dini lider və xadimlərin iştirakı ilə dünyanın qlobal xarakterli vacib mövzuları müzakirə olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycanlılar 30 ildən sonra Qarabağa, öz torpaqlarına qayıtdılar”

“Azərbaycanlılar 30 ildən sonra Qarabağa, öz torpaqlarına qayıtdılar”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə keçirilən TEXNOFEST festivalında çıxışı zamanı...

Bağla