Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. İslamveirfan.com xəbər verir ki, bu barədə idarənin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat paylaşılıb. Xəbərdarlıqda, QMİ-nin paylaşımlarına şərh yazarkən etik qaydalara riayət edilməsi tələb olunub.
Xəbərdarlıqda deyilir:
“Salam, qardaş və bacılar.
Burada paylaşdığımız xəbər və məlumatlara şərh verərkən etik normalara diqqət etmənizi xahiş edirik. Tənqidlə təhqir arasında çox böyük fərq vardır.
Təhqir edib ədəb-ərkandan uzaq davrananlara qarşı xəbərdarlıq edilmədən tədbir görüləcəkdir.
Allah sizi xeyirli işlərdə müvəffəq etsin.”