QOCA KEŞİŞ QAÇQIN YENİYETMƏ VASİTƏSİLƏ MÜSƏLMAN OLDU

0

İsveçin Yonkopinq şəhərində 30 ildir keşiş kimi fəaliyyət göstərən 76 yaşlı xristian din xadimi müsəlman olduğunu açıqlayıb. İslamveirfan.com xəbər verir ki, keşiş Leyf Sketne bu barədə yerli “Dagens” qəzetinə açıqlama verib.

“2 il əvvəl Mərakeşə köçdüm və adımı dəyişdirib Əhməd elədim. Ötən ay isə İslam dinini qəbul etmişəm. 2015-ci ildə 18 yaşlı mərakeşli qaçqın bir oğlanın baxımını öz öhdəmə götürmüşdüm. Onu tanıdıqdan sonra həyatım dəyişildi. 2018-ci ildə həmin oğlan İsveçdən deportasiya edildi və mən də onun dalınca Mərakeşə getməyə qərar verdim. Bu ölkəyə gəldikdən sonra adımı Əhməd kimi dəyişdirsəm də müsəlman olmaq fikrim yox idi. Daha sonra isə araşdıraraq İslam dinini qəbul etdim.” – deyə Əhməd Sketne açıqlamasında bildirib.

İsveç keşişlər şurasına istefasını təqdim etdiyini deyən Sketne, bu ölkədə olan hər şeyini satdığını və ömürlük Mərakeşdə yaşayacağını vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏUDİYYƏ KRALLIĞINDA MƏSCİDLƏRDƏ OLAN TƏDBİRLƏR LƏĞV EDİLİB

Səudiyyə Ərəbistanı krallığının bütün məscidlərində dini dərslər, moizə proqramları və Quran əzbərləmə dərsləri ləğv edilib. İslamveirfan.com xəbər verir ki, bu...

Bağla