Sosial şəbəkələrdə, koronovirusla mübarizə tədbirləri çərçivəsində bağlanan məscidin qapısında ağlayan qoca kişinin görüntülərini əks etdirən video yayılıb. İslamveirfan.com xəbər verir ki, hadisə Şimali İraqda yerləşən Mosul şəhərinin əl-Sukkar məhəlləsindəki məscidlərdən birində baş verib.
Məhəllədəki “Ar-Rahman” məscidinin bağlı qapısının önündə dua edərək, “Allahım! Sənin evində dua etmək istəyirik! Məscidlərdə qılınan namaz üçün darıxmışıq!” – deyən qoca göz yaşlarını saxlaya bilməyərək hönkürtü ilə ağlayıb.
Qeyd edək ki, koronovirusla mübarizə tədbirləri çərçivəsində İraqda martın 16-dan məscidlərdə kütləvi ibadətlər dayandırılıb. Ölkədə 1352 koronovirusa yoluxma faktı qeydə alınıb və 76 nəfər dünyasını dəyişib.