Şərqi Qüdsün Şeyx Cərrah məhəlləsində iftar edən fələstinlilər, bölgədə məskunlaşdırılan bir qrup israillinin hücumuna məruz qalıblar.
“Anadolu” agentliyi bölgə müxbirinin verdiyi məlumata görə, yaşadıqları evlərin damına çıxan fanatic yəhudilər buradan, məhəllədə açılan iftar süfrəsinə daş, şüşə və başqa əşyalar atmağa başlayıblar.
Bu hücuma qarşılıq verən fələstinlilərlə yəhudilər arasında qarşıdurma yaranıb. Hadisə yerinə gələn “Yəhudi Gücü” (Otzma Yehudit) partiyasının millət vəkili Ben Gvir fanatik yəhudilərə dəstək verib və ərəblərə qarşı təhrik edici sözlər deyib.
Bir müddət sonra hadisə yerinə gələn İsrail polisi tərəfləri ayırıb.