QURAN-HƏDİS-SÜNNƏ

0

Hər zaman öz aktuallığını qoruyub saxlayan “Hədis” və “Sünnə ” bu gündə öz aktuallığını qoruyub saxlamaqdadır. Bir neçə il olar ki, günü gündən gözəlləşən ölkəmizdə də Hədis və Sünnə inkarçıları peyda olub. Hədis və Sünnə inkarçıları, ölkəmizdə yetişən gənc-dindar nəsilə, və ya belə demək mümkünsə dini savadı olmayan kəslərə öz təsirini göstərməkdədir. Fundamenti olmayan bir binanın zəlzələyə davam gətirə bilməməsi kimi, Hədis və Sünnənin də İslam dinin də olmaması bu dinin tam olmaması deməkdir.

Bu insanlar Sünnəni inkar edirlərsə, deməli Allah Rəsulu (s.ə.s)-də inkar edir, və onun gətirdiyi kitabı da inkar edirlər. Quranı və Peyğəmbəri inkar edən, dindən çıxmış sayılır. Allah Təala son din olaraq İslamı göndərmiş, Hz. Peyğəmbər (s.ə.s)- də son peyğəmbər olaraq vəzifələndirmişdir. İslamın iki ana əsası var: Quran və Sünnə.

Dinimizin əsası Qurani Kərimdir. Hər hansı məsələyə münasibət bildirmədən öncə Qurani Kərimə müraciət edirik. Quran bu haqda nə deyir. Qurani Kərim Allah Təalanın vəhy etdiyi kəlamlarından ibarətdir. Qurani Kərimin bir adı da Furqandır yəni haqqı batildən ayıran bir kitab…

Quran Allah və Rəsuluna itaət etməyi əmr edir. Sən isə deyirsən ki, “Hədis və Sünnə”siz də dini yaşamaq olur. Bəs yaxşı Hədis və Sünnəsiz din yaşamaq olursa onda Allah azzə və cəllənin bu ayələrini necə başa düşək. Uca Allah müqəddəs kitabımız Qurani-Kərimdə belə buyurur : “Ey iman gətirənlər! Allaha və Onun rəsuluna itaət edin”…(Nisə, 59), başqa ayədə yenə “Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar. (Nisə, 80). Hədislərin birində Allah Rəsulu belə buyurur: “Kim mənə itaət etsə, Allaha itaət etmiş olar. Kim mənə asi olsa, Allaha asi olmuş olar. (Buxari 2957). Hədis və ayələrdən də görüldüyü kimi Allahdan sonra Rəsula itaət gəlir.

Bir maşın mühərriksiz işləyə bilmədiyi kimi İslamı da Hədis və Sünnəsiz yaşamaq bir o qədər çətindir.

Hədis nədir – Hz. Peyğəmbərin kəlamı. Lüğət də söz, xəbər və yeni mənasını verir. Hədis kəlməsinin termin mənası isə söz, feil, təqrir, yaradılma və ya xasiyyəti ilə əlaqəli bir sifət olaraq hz. Peyğəmbər əleyhissalama nisbət edilən hər şeyin onu görənlər tərəfindən müəyyənləşdirilib ifadələndirilməsidir. Hədislər Hz Peyğəmbəri (s.ə.s)-i dinləyən səhabələrdən (r.anhum) başlayaraq onu rəvayət edənlərin adlarının yazılı olduğu sənəd ilə Hz Peyğəmbərin söz, hərəkət və ya təqrirlərinin yazıldığı mətndən meydana gəlir. Qısaca desək, hədis sənəd və mətndən ibarət olan bir yazıdır.

İslam alimlərinin hədisə verdiyi önəm. Məşhur hədis alimlərindən İbn Cövzi üç yaşında atasını itirmiş, yetim böyümüşdü. Elmə o qədər can atırdı ki, cümə namazı xaricində heç vaxt evdən çıxmırdı. Bir dəfə minbərdə belə dedi: “Bu barmaqlarımla iki min cild kitab yazdım və ya köçürdüm”. İki yüz əllidən artığı şəxsən özünün qələmə aldığı kitablardır. Deyirlər ki, vaxtını əsla boşa keçirməzdi. Hədis yazmaq üçün yonduğu qələm yonqarlarını yığıb saxlamış, öləndə suyumu bunlarla isidin, -deyə vəsiyyət etmişdir. Deyilənə görə həmin qələm yonqarları qüsl suyunu isitmiş, hətta artıqda qalmışdır.

İbn Fərat Bağdadi ölərkən özündən sonra onun səkkiz sandıq kitab qoymuşdu. Onların əksəriyyəti öz əli yazdığı kitablar idi. Üstün vəsiflərindən biri də yazdıqlarının hədis alimləri nəzərində mötəbər sayılması idi.

Bu mübarək insanların hamısının həyatından söz açmaq imkansızdır. Yazılan cildlərlə kitab onların fədakarlıq və fəzilətini layiqincə ifadə etməkdən aciz qaldı. Bizim burada bəzi alimlərin yolundakı fədakarlıqlarından bir neçə sətir nümunə verməyimiz hədislərin on dörd əsrdən bəri bu günümüzə gəlib çatmasının boşuna olmadığını izah etmək üçündür.

Sünnə- lüğətdə yaxşı və pis olsun təriq (yol) və sirə müstəmirrə (davamlı gediş) mənasına gələn kəlmədir. Termin olaraq isə, Hz. Peyğəmbərin həyatında izlədiyi yol, hərəkət tərzləri və yaşayış hallarıdır. Sünnə kəlməsi Qurani-Kərimdə: “Sunnətullah”, “Sunnətuna” , “Sunnə tə mən qad ərsəlnə minqablikə min rasulinə” kimi ifadələrlə keçməkdədir. Sünnənin əsas məqsəd inanclı müsəlmanlarmüsəlmanların bu davranış və icraatları özləri üçün nümunə götürməsidir.

Hədis və ayələrdən də başa düşündüyünə görə Qurana və Sünnəyə sıx sarılmalıyıq. Qurani Kərimi oxuyub öyrənməyə cəhd etməliyik. Onun içindəkilərdən xəbərimiz olsun. Qurani Kərim oxunmaq, əməl etmək, yaşamaq üçün nazil olub. Qurani Kərim nazil olmayıb ki, evdə servantın başında, və ya kitab rəflərində saxlanılsın. Qurani Kərimi bilmədən Rəsulullahın sünnəsinə sıx sarıla bilmərik.

Rəbbim bizləri Qurana və Rəsulullahın sünnəsinə sıx sarılan qullarından etsin.

Amin!

Mübariz İsaOğlu

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU İŞ YERİNDƏ DƏSTƏMAZSIZ İŞLƏMƏK QADAĞANDIR

Türkiyənin İsparta şəhərində 15 000 kvadratmetrlik ərazidə Qurani-Kərim nəşr olunan mətbəə var. Məlumata görə, burda hər gün 35 dildə, 20...

Bağla