Allah-Taala Qurani-Kərimdə iffət və həya abidəsi, salehə bir xanım nümunəsi kimi Məryəm anamızı bizə təqdim etməkdədir. Həzrəti Məryəmin Quranda nümunə göstərilən bir ana olmasının səbəbləri…
Hər böyük şəxsiyyətin arxasında onu yetişdirən bir ana olduğu kimi, Həzrəti Məryəmin anası da mühüm bir təqva nümunəsidir. Allah-Taala, valideynlərin necə övlad yetişdirəcəyinin konkret misalını, Həzrəti Məryəmin anası Hannə xatunun şəxsində bizə göstərmişdir. Belə ki, saleh bir ailə yeişdirmə cəhdinin nümunəsini təşkil edən o ailə, yəni Ali-İmran (İmran ailəsi) Qurani-Kərimdə bir surənin adı olmaqla təltif edilmişdir.
Həzrəti Məryəmin anası hələ hamilə ikən bətnindəki övladının qayğısını çəkməyə başlamışdı. Oğlan uşagı olacağını fikirləşərək onu “Beytul-Makdis”in xidmətinə həsr etmişdir.
Bu çox böyük bir təqva nümunəsi idi. Çünki;
Ø Canı kimi sevdiyi övladının ibadətə həvəsli saleh bir qul kimi yetişməsini istəmək,
Ø Özləri üçün bir sədəqeyi-cariyə və xeyirli xələf olmasını istəmək,
Ø Bu məqsədlə də övladını özündən ayıraraq Allah yoluna həsr etmək böyük bir imanın və təqvanının işarəsidir.
Belə də oldu, Həzrəti Məryəmin anası Allah-Taalanın iradəsi ilə dünyaya gətirdiyi övlad qız olsa da öz nəzirindən geri addım atmadı və Allaha verdiyi əhdinə vəfa göstərdi. Rəbbinə qığınaraq Ona belə dua etdi:
“Rəbbim! … Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram” (dedi).” (Ali-İmran 36)
Allah-Taala onun xalis niyyətlə elədiyi bu nəzirini qəbul etdi, Həzrəti Məryəmin ən yaxşı şəkildə yetişməsinə yardım etdi. Həzrəti Məryəm məbəddə xidmət edir, daim ibadətlə məşğul olur, haramlardan uzaq olur, namusunu və iffətini qoruyurdu.
Burada ona heç bir bəşər əli toxunmamasına baxmayaraq Allahın möcüzəsi ilə İsa əleyhissalamı dünyaya gətirərək ən böyük peyğəmbərlərdən birinin anası olmaq şərəfinə nail oldu.
Allah-Taala Qurani-Kərimdə 34 yerdə onun adını çəkir, İsa əleyhissalamdan bəhs edərkən çox yerdə “Məryəm oğlu İsa” buyuraraq Həzrəti Məryəmə böyük dəyər bəxş etməkdədir…
Yenə Həzrəti İsanı dünyaya gətirdiyi vaxt doğumun daha asan olması üçün bir lütüf olaraq onun üçün su arxı yaratdı, mövsümü olmamasına baxmayaraq ona təzə xurmaya qonaq etdi.
Allahın möcüzəsi ilə dünyaya atasız övlad gətirdiyi vaxt nadanlar sui-zənn və böhtanla ona hücum etdilər. Allah-Taala isə hələ beşikdə ikən möcüzə ilə Həzrəti İsanı danışdırdı və Məryəmin namuslu olduğunu elan etdi.
Allah-Taala Həzrəti Məryəmin namazda səviyyə qazanmasını arzu edərək belə buyurur:
“Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)” (Ali-İmran, 43)
Bu qissədən dərslər:
Təqva və namusu ilə yaşayanları Allah-Taala hər iki cahanda qoruyur və ualdır, onlara maddi və mənəvi lütuflar verir.
Saleh evladları, saleh ata-analar yetişdirir.
Nəsillər Allah yoluna həsr edilməlidir. Məbədlərdə, Quran təlimində, səcdələrdə tərbiyə və irşad edilməlidir.
Zamanəmizdə bioloji ata-ana olmaq kifayət etməməkdədir. Təəssüf ki, övladları internet, televiziya, moda və reklamlar yetişdirməkdədir. Nəsillərin zehin və könül dünyaları dəyişilməkdə, yadlaşmaqdadır. Qısacası şeytan övladlara şərik olmaqdadır.
Bu səbəblə də övladlara İslami xarakter və şəxsiyyəti irs qoymaq üçün daha çox səy göstərmək lazımdır.
Bizə bir missal olması üçün Əshabı-Kəhf də imanlarını mühafizə etmək şüuruyla bir-birlərinə belə deyirdilər:
“Doğrusu, onlar sizi ələ keçirsələr ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə, siz (nə dünyada, nə də axirətdə) nicat tapa bilməzsiniz!” (Kəhf, 20)
Bu gün bir ata-ana övladının dinini, imanını qorumaq xüsusunda bu cür təşviş içində olmalıdırlar.
“Övladlarım fasiq və qafillərlə birlikdə olsalar, günahkarlarla dolu bir məkanda onlarla zehin və fikir bərabərliyində olsalar imanlarını qoruya bilərlərmi?” – deyə fikirləşməli və bu istiqamətdə bir gələcək hazırlamağa cəhd etməlidir.
Övladlarımıza həqiqi həyatın axirət olduğunu təlqin etməliyik. Əsas diplomun da Allahın razılığı olduğu şüurunu qazandırmalıyıq. Bu dünyaya karyera əldə etməyə yox, Mərifətullahı (Allahı tanımaq) tədris edib, təqva ilə yaşayaraq axirəti qazanmağa gəldiyimizi öyrətməliyik.
Mənbə: Osman Nuri TOPBAŞ, “Yüzakı” dərgisi, 2020-ci il fevral.