Hindistanda , “Qurandan 26 ayənin çıxarılması” barədə müraciət Banqladeşdə etirazla qarşılanıb. Ölkənin ən böyük dini siyasi partiyası “İslam İcması”nın üzvləri paytax Dəkkədə bu fikrə qarşı izdihamlı yürüş keçirib.
Bu fikri ortaya atan Vaseem Riziv əleyhində şüarlar səsləndirən etirazçılar, Hindistan Ali məhkəməsindən bu müraciətin qəbul olunmamasını tələb ediblər. Aksiyaçılar həmçinin, bu fikirləri ilə milyardlarla müsəlmanın dinni hisslərini təhqir etdiyi üçün Rizivin mühakiməsini tələb ediblər.
“Anadolu” agentliyinə açıqlama verən icmanın lideri Dr. Şafiqur Rahman, 1500 ildir dəyişilməyən Qurandan 26 ayənin çıxarılmasını istəyən Rizvinin “çox cəsur” olduğunu deyib.
“Deyil 26 ayəni çıxarmaq, Qurani-Kərimdən tək bir hərfi də dəyişdirməyə heç kimin haqqı yoxdur!” – deyə Rahman vurğulayıb.
Xatırladaq ki, Hindistanın Uttar Pradeş əyalətindəki Şiə Mərkəzi vəqfinin sədri, Bollivud kino prodüsseri Vassem Rizvi martın 14-də “Zorakılığa sövq etdiyi üçün” 26 ayənin Qurani-Kərimdən çıxarılması üçün Hindistan Ali məhkəməsinə müraciət etmişdi.