- Təslimiyyət:
وَأُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ
“Mən öz işimi Allaha həvalə edirəm. Şübhəsiz ki, Allah bəndələrini görür”. (Ğafir, 40/44)
- Bərəkət:
لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ
Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. (İbrahim, 14/7)
- Nəsihət
وَقُلْ لِعِبَادِي يَقُولُوا الَّتِي هِيَ أَحْسَنُ
Qullarıma de ki, sözün ən gözəlini söyləsinlər. (İsra, 17/53)
- Dəstək
إِنَّ اللَّهَ يُدَافِعُ عَنِ الَّذِينَ آمَنُوا ۗ إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ
Şübhəsiz ki, Allah iman gətirənləri qoruyar. Həqiqətən, Allah heç bir nankoru və xaini sevməz. (Həcc, 22/38)
- Hüzur
فَسَيَكْفِيكَهُمُ اللَّهُ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
Onlara qarşı Allah sənə kifayət edər. O hər şeyi eşidəndir, biləndir. (Bəqərə, 2/137)
- Bağışlanma:
إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ۚ
Həqiqətən, yaxşı əməllər pis əməlləri yox edər. (Hud, 11/114)
- Qayğı:
وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا
Elə isə sən Rəbbinin hökmü gələnə qədər səbirli ol! Şübhəsiz ki, sən Bizim gözümüzün önündəsən (nəzarətimizdəsən). (Tur, 52/48)
- Atdığmız hər addımda təhlükəsizlik:
وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنْتُمْ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
Harada olursanız olun, O sizinlə birlikdədir. Allah sizin etdiklərinizi görür. (Hədid, 57/4)
Dr. Eldar Kərimov