QURANİ-KƏRİM OXUYARKƏN NƏYƏ DİQQƏT ETMƏLİYİK?

0

Allah Adəm övladına haqqa dəvət etmək və doğru yol göstərmək üçün kitablar və peyğəmbərlər göndərmişdir. Hər bir peyğəmbərin vəzifəsi digərinə görə fərqli idi. Lakin son nəticə həmişə eyni olmuşdur: Tövhidin (tək Tanrıçılıq) insan cəmiyyətində bərqərar olması. Allaha inanmaq bizi kölə olmaqdan azad edən bir nömrəli prioritetdir. Belə ki, Allaha inandığımız təqdirdə pis vərdişlərdən uzaqlaşacaq və onların qulu olmaqdan yaxa qurtaracağıq. Bu da maddi və mənəvi nemətlər qarşısında bizi qul olmaqdan azad edir.

Bu məsələ İslamda digər dinlərdən daha qabarıq özünü büruzə verir. Son haqq hər şeyi tövhid inancı üzərində inşa etmişdir. Buna görə İslamın ortaya qoyduğu sistem digər sistem və metodlara görə daha əllə tutulandır. Biz İslam metodologiyasının xüsusiyyətlərini Qurani-Kərimdə görə bilərik. Belə ki, son haqq dinin müqəddəs kitabı olan Qurani-Kərim tövhiddən başlayaraq bir çox məsələdə bizə yol göstərir. Bəs, İslam metodologiyasının xüsusiyyətlərini doğru anlamaq üçün Allahın kitabını necə oxumalıyıq?

Bu sualın cavabı bir səhifəyə sığmayacaq qədər genişdir Lakin mövzunu qısa şəkildə maddələr şəklində açıqlaya bilərik:

Əvvəla- Qurani-Kərimi mənsub olduğumuz məzhəb və ya fikir çərçivəsindən oxumamalıyıq. Belə bir metodla Allahın müqəddəs kitabını oxusaq, onun ayələrini öz düşüncələrimizə xidmət edəcək şəkildə anlayarıq Bu da Allahın kitabının mənəvi təhrifinə yol açar. Lakin Qurani-Kərim bu cür cılız fikirlərdən və təhriflərdən uzaqdır. Ona görə Allahın kitabını xalis niyyətlə və tərəfsiz oxumaq lazımdır.

İkincisi- Quran ayələrini möhtəvasından qopararaq tək başına oxumaq yanlışdır. Çünki bir surədə qapalı olan bir ayəni başqa bir surədə gələn ayə təfsir edir. Ona görə Qurani-Kərimi öncəki və sonrakı ayələrə nəzər yetirərək oxumaq lazımdır. Bu metodla Qurani-Kərim oxunduqda ayələrdə gizlənən həqiqətlər daha yaxşı başa düşüləcək.

Üçüncüsü- Qurani-Kərimi oxuyarkən anlamadığımız yerləri kəsib atmamalı, bilmədiyimiz yerləri bilikli insanlardan öyrənməliyik. Qurani-Kərimin bəzi ayələrinin mənası qapalı olur. Oxuyucu Quranı oxuyarkən bu ayələrlə qarşılaşdıqda onları tərk etməməlidir. Əksinə, bilən birindən bu ayələrin mənasını soruşmalıdır. Əgər Qurani-Kərimin bəzi ayələrini oxuyarkən anlaya bilmiriksə, bu, Qurani-Kərimdə müşküllərin olduğu mənasına gəlmir. Əksinə, belə bir problem bizim düşüncəmizin Allahın ilahi kitabını anlama səviyyəsində olmadığına işarə edir.

Mövzunu bir çox başlıqlar şaltında uzada bilərik. Lakin normal bir oxuyucunun Qurani-Kərimi oxuarkən yuxarıdakı üç şərtə diqqət etməsi vacibdir. Hər kəs alim deyildir. Ancaq hər kəs Qurani-Kərimi başa düşmə qabiliyyətinə sahibdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ XİN QAZAXISTANDAKI ETİRAZLARA MÜNASİBƏT BİLDİRİB

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstandakı etiraz aksiyalarına münasibət bildirib. Bildirilib ki, Türkiyə XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu...

Bağla