QURANİ-KƏRİMDƏ İBRƏTLİK HEKAYƏ

0

Qurani-Kərimin Əraf surəsində adı keçən Bələm ibn Bauranın etdikləri və başına gələn hadisələrdən bəhs edilir. Bu ayələr onun tamahkar bir itə bənzədilməsi və böyük bir alim olduğu halda necə zalım birinə çevrilməsi haqqındadır.

Bələm ibn Baura ilə bağlı ayələr aşağıdakılardır:

Onlara ayələrimizi verdiyimiz halda onlardan imtina edən kimsənin xəbərini də oxu. Beləliklə şeytan onu özünə tabe etmiş və o da haqq yoldan azanlardan olmuşdu. (Təfsir alimlərinin əksəriyyətinə görə, bu adam İsrail oğullarından Bələm ibn Bauradır. O, əvvəllər Həzrət Musanın dinini qəbul etmiş mömin bir kişi idi. Ancaq Bələmin Həzrət Musa tərəfindən elçi olaraq göndərildiyi qövm Həzrət Musanın onları məğlub edəcəyindən qorxaraq ona təzyiq göstərmişdi. Bələm də Həzrət Musaya bəd dua etmiş və ona qarşı həmin qövmə bəzi hiylələr öyrətmişdi. Allah-Təala isə onun bəd duasını o qövmün əleyhinə çevirmiş və Bələmi cəzalandırmışdı.)

Əgər Biz istəsəydik, onlarla (həmin ayələrlə) onu ucaldardıq. Lakin o, dünyaya meyil etdi və öz nəfsinin arzularına uydu. Onun halı bir köpəyin halına bənzəyir; üstünə cumsan da ləhləyər, qoyub getsən də ləhləyər. Bu, ayələrimizi yalanlayan qövmün halıdır. Hadisələri (onlara) nəql et ki, bəlkə, onlar düşünüb təfəkkür edərlər.

Ayələrimizi yalanlayan və özlərinə zülm edən qövmün halı necə də pisdir! (Əraf, 175-177)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib....

Bağla