QURANİ-KƏRİMİ YANDIRMAQ İSTƏYƏN TƏXRİBATÇINI DÖYDÜLƏR – VİDEO

0

Danimarkanın paytaxtı Kopenhaqendə irqçi “Stram Kurs” partiyasının küçədə Qurani-Kərimi yandırmağa cəhd edib.

Kopenhaqendə müsəlmanların kompakt yaşadığı Norrebro məhəlləsində öz mənfur düşüncəsini gerçəkləşdirməyə çalışan təxribatçı, yoldan keçən üç nəfərin etirazı ilə qarşılaşıb.

Etirazçılardan biri müqəddəs kitabı təxribatçının əlindən alıb, digəri isə onu təpikləyərək döyüb.

Baş verənlərə görə hiddətlənən Stram Kurs lideri Rasmus Paludan isə, 20 gün boyu Kopenhaqen küçələrində bu cür təxribatlara davam edəcəyini açıqlayıb.

Bundan sonra polislərin mühafizəsi altında Quranla tennis oynayıb, daha sonra da Qurani-Kərimi yandıraraq hadisə yerindən uzaqlaşıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜQƏDDƏS RAMAZAN AYININ BAŞLANACAĞI TARİX AÇƏQLANDI

Azərbaycanda Ramazan ayının başlanacağı tarix açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən Apa-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda Ramazan ayının aprelin 14-də başlanacağı...

Bağla