“QURAN”I YANDIRAN ŞƏXSƏ HÖKM OXUNDU

0

Rusiya federasiyası (RF) Çeçenistan vilayətinin Qroznı şəhər məhkəməsi “Quran”ı yandırmaqda ittiham edilən Nikita Juravlyov adlı şəxsi 3,5 il həbs cəzasına məhkum edib.

Juravlyovun mənəvi dəyərləri təhqir etdiyi və ictimai asayişi pozduğu qeyd edilib.

Sözügedən şəxs 2023-cü ildə Volqoqrad şəhərindəki məscidin qarşısında “Quran”ı yandırarkən saxlanılıb. Sonradan onun barəsində açılan cinayət işi baxılması üçün RF Çeçenistan vilayətinin İstintaq komitəsinə göndərilib.

Nikita Juravlyov məhkəmə zamanı törətdiyi əməldən peşman olduğunu bildirib və üzr istəyib. O deyib: “Müsəlmanların heysiyyatına toxunan hərəkətimə görə onlardan üzr istəyirəm”.

Juravlyovun vəkili Yuliya Antonova isə məhkəmənin qərarına etiraz edəcəyini bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH HAVA YAĞMURSUZ OLACAQ

Bakıda və Abşeron yarımadasında fevralın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...

Bağla