Azərbаycаn məscidlərində Qurbаn bаyrаmı namazı miladi təqvimlə iyunun 16-da qılınacaq.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Qurban bayramının başlaması ilə bağlı fətvasında bildirilib.
Qeyd edilib ki, şəriətə uyğun olaraq Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 16-da məscidlərdə Qurban bayramının namazları qılınacaq:
“Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilmişdir. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişafı yolunda xeyirxah, səmərəli fəaliyyətlərə uğurlar arzulayırıq” – deyə fətvada qeyd edilib.