QURBAN BAYRAMINDAN QALAN GÖZƏL BİR XATİRƏ

0

Bu qurban bayramında Şəkidə qəribə və bir o qədər də xoş ovqat yaradan bir hadisə baş verib.

Şəhərimizdəki mötəbər insanlardan biri, siyahıdakı ehtiyac sahiblərinə zəng vuraraq onların ünvanını öyrənir və onlara qurban əti çatdırırmış.

Növbəti zəngdən sonra şəkili xeyriyyəçi ilə nömrənin xanım sahibi arasında belə bir dialoq baş verir:

  • Sizin ünvanınız necədir?
  • Kimdir ki?
  • Sizə qurban əti gətirmək istəyirəm.
  • Biz Saray qəsəbəsində oluruq.
  • Saray qəsəbəsi? Məcburi köçkünlər üçün salınan yeni qəsəbə?
  • Bildiyimiz Saray qəsəbəsi.
  • Tanıya bilmədim. Hara yaxınsınız?
  • Evimiz 1 saylı məktəbə yaxındır.
  • Hə. Yuxarı başda, 1-ci rayonda olan 1 saylı məktəb?
  • Nə? Yuxarı baş 1-ci rayon?
  • Nə isə, mən gəlib 1 saylı məktəbin yanından zəng vursam çıxıb əti götürərsiniz?
  • Hə. Uşağı göndərərəm.

Bir müddət sonra xanım zəng vurur:

  • Siz hardasınız? Uşaq məktəbin yanındadır, sizi tapa bilmir.
  • Mən də Şəki 1 saylı məktəbin qarşısındayam.
  • Nə, Şəki? Biz Bakıda, Sumqayıt Saray qəsəbəsində oluruq.
  • Bağışlayın sizin nömrəniz hardansa bizim siyahıya qarışıb.
  • Biz də sevinmişdik. Nə isə, eybi yoxdur.

“Sevinmişdik” – sözü şəkili qardaşımızı riqqətə gətirir. Yaxşı bir ət payı hazırlayır, yanına da bir miqdar Şəki şirniyyatı qoyaraq Bakıya gedən bir qardaşımızla bu payı telefonun sahibi xanıma çatdırır və həmin ailənin yarımçıq qalan sevincini tamamlayır.

/Sosial Şəbəkədən/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU İL 984 DİN XADİMİNƏ MADDİ DƏSTƏK GÖSTƏRİLİB

"Bu ilin yanvar-iyun ayları ərzində 984 nəfər din xadiminə aylıq maddi dəstək göstərilib". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin...

Bağla