QURBAN KƏSMƏYİN PSİXOLOJİ FAYDALARI

0

Qurban kəsilən heyvana verilən addır. Allaha yaxınlaşdıran və ya Allaha yaxınlaşdıran bir vasitə deməkdir. Qurban ibadəti, bütün dinlərin ortaq ibadətlərindən hesab edilir. Hicrətin ikinci ilindən başlayaraq Hz.Peyğəmbərimiz (s.ə.s) hər il bir qurban kəsmiş və imkanı olanlara qurban kəsməyi əmr etmişdir. Hənəfilər qurbanı vacib, digər üç məzhəb isə sünnə-i müəkkədə olaraq qəbul etmişdir.

Qurban ibdətinin əsasları həm Qurani-Kərimdə, həm də Peyğəmbər sünnəsində öz əksini tapır. Belə ki, Allah-Təala Qurani-Kərimdə Qurban ibadətinin tarixinin bəşəriyyətinin tarixi ilə bir olduğuna diqqət çəkmişdir.

“Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcə-yəm!” (Qardaşı da ona belə) demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər!” (Maidə, 5/27)

Bütün ümmətlər üçün Qurban ibadətinin var olduğunu isə Qurani-Kərim bu şəkildə ifadə edir:

“Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver;” (Həcc, 22/34)

Nəzərə alsaq ki, Qurban ibadətinin tarixi bəşəriyyətin tarixi ilə eynilik təşkil edir və bütün ümmətlər üçün var olmuşdur. Deməli bu ibadətin insan və insanlıq üçün psixo-sosial faydaları vardır.  Bunları aşağıdakı kimi sıralaya bilərik:

  1. Aqressiyanı azaldır. Qurban kəsən insanın daxilindəki qəzəb duyğusunun azalması baxımından qurban kəsərkən axıdılan qan müsbət mənada ona təsir edir.
  2. Empatiya duyğusunu çoxaldır. İsmayıl Qurbanı kəsən insan kəsdiyi qurbanın ətindən ailəsinə, qohumlarına, qonşularına və ehtiyac sahibi insanlara paylayaraq başqalarının halını anlamağı və onları düşünməyi öyrənir.
  3. Allaha olan bağlılığı göstərərək, güvən duyğusunu inkişaf etdirir. Kəsdiyi qurbanla Rəbbinə yaxınlaşdığını düşənən insan özünü daha çox güvəndə və əminamanlıqda hiss edir.
  4. Sosial münasibətləri gücləndirir. Qurban ibadətinin əsas fəlsəfələindən biri də paylaşma duyğusunun inkişafı olduğu üçün imkanlı insanlar kasıb insanlarla sahib oldqlarını paylaşaraq isti münasibətləri güclənir. Cəmiyyətdə parçalanma və laqeydlik azalır.
  5. Şəfqət və mərhəmət duyğusunu inkişaf etdirir. Hər nə qədər qurban kəsilərkən insan digər canlılara qarşı aqressiyasını azaldır, o eyni zamanda bir canlının bu əsnada nə qədər əzab çəkdiyinin də şahidi olur.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN MÜQƏDDƏS QURBAN BAYRAMIDIR

Bu gün müqəddəs Qurban bayramıdır. Bu il bayram 9-10 iyul tarixlərinə təsadüf edir. Aartıq məscidlərdə Bayram namazları qılınıb. Şəriətə uyğun...

Bağla