QURBANLA ƏLAQƏLİ MÜXTƏLİF FƏTVALAR

0
  1. Qurbanda vəkalət

Bir müsəlmanın qurbanını özü kəsməsi daha fəzilətlidir.

 Əlindən gəlməyənin müsəlman bir qəssaba vəkalət verərək kəsdirməsi də mümkündür. Vəkalət yolları müxtəlifdir. Bir şəxsin telefon, qısa mesaj, məktub, faks, internet və sair yollarla başqa şəhər, yaxud ölkədə etimadlı bir qurumun və ya şəxsin hesabına pul köçürərək qurbanı öz adına kəsdirməsi mümkündür. Ancaq qurban kəsilərkən qurban sahibi əlini qəssabın əli üstünə qoyarsa hər ikisinə bismillah çəkmək vacib olar.

  1. Qəssaba nə verilməlidir?

Qeyd etmək lazımdır ki, xüsusi təyin edilən qəssaba razılaşma əsasında zəhmət haqqı verilməlidir. Heyvanın əti, baş-ayağı, yunu, yaxud dərisi kimi heyvana aid şeylərdən qəssaba zəhmət haqqı vermək olmaz. Çünki bu haqda Hz. Əli belə demişdir:

sulullah (s.ə.s) mə, qurbanlıq heyvanın yanında durmağı, heyvanın əti, dərisi və çulunu sədəqə verməyi və qəssaba onlardan heç nə verməməyi əmr etdi. O: Biz qəssaba cibimizdən (pul) verərdik” dedi. (Müslim, Həcc, 348; Əhməd b. Hənbəl, Müsnəd, I/260)

  1. Qurban pulunu sədəqə vermək olarmı?

Qurbanın hikmətlərindən biri də sayı hesabı olmayan nemətlərə qarşı Allaha şükür etmək və günahların bağışlanmasını diləməkdir. Eyni zamanda qurbanın kəsilməsi ilə həm kəsən ailə, həm də yoxsullar əsas tələbat malını əldə etmiş olar. Qurbanın bu funksiyasını ancaq qurbanlıq heyvanı kəsməklə təmin etmək olar və başqa heç bir şey bunu əvəz edə bilməz. Fətvaya görə zənginin satın aldığı heyvan ölsə, ya da itsə əvəzində başqa bir heyvan alıb kəsməsi lazımdır.

Bununla yanaşı qurban, zəngin bir müsəlmanın şərtləri və məqsədlərinə müvafiq olaraq qurbanlıq heyvanı, üsuluna uyğun kəsilməsilə yerinə yetirəcəyi vacib və ya sünnə bir ibadətdir. Qiymətini yoxsula verərək buna nail olmaq olmaz. Əgər verilsə belə bu, bir sədəqə mahiyyətində olar.

  1. Müsəlman olmayan qonşulara qurban ətindən vermək

Müsəlman hansı ölkədə yaşayırsa yaşasın kəsdiyi qurbanın ətindən  müsəlman olmayan (yəhudi, xristian və sair) qonşularına da verə bilər.

  1.  Adaq (nəzir) qurbanı bayramda kəsilə bilərmi?

Dini baxımdan məsul olmadığı halda müsəlmanın öz vədi nəsticəsində ona vacib olan qurbana adaq qurbanı deyilir. Filan işim baş tutarsa, və ya əgər bu dərddən xilas olsam bir qurban kəsəcəyəm demək kimi. Əhdi yerinə gələn kəsə imkanı olduğu vaxtda verdiyi sözə əməl etməsi və nəzir qurbanını kəsməsi vacib olur. Ancaq bunu qurban bayramı günlərində kəsərsə sadəcə nəzir yerinə keçər, qurban günlərində özünə vacib və ya sünnə olan qurban yerinə keçməz. Belə bir kəsin nəzir qurbanını başqa günlərdə yerinə yetirməsi məsləhətdir.

  1. Qurban ailədə kimin adına kəsilməlidir?

Bir evdə qurban kəsmə məsuliyyəti əvvəla ailə başçısına aiddir. Əgər qurban kəsmə şərtlərinə malik ailə buna riayət etməzsə ata bundan məsul olar. Çünki ailədə əsas mal sahibi odur. Əgər evin məişətini həddi buluğa çatmış (hətta evli) övlad təmin edirsə, eyni haqq sahibi ata olduğu üçün qurban kəsmək yenə atanın borcudur. Evdə istər ata-oğul, istər ata-ana arasında büdcə fərqliliyi varsa, büdcəsi zənginlik ölçüsünə çatan hər bir ailə üzvü öz adına ayrı-ayrı qurban kəsməlidir. Müasir ailədə isə büdcə birliyi əsas olduğu üçün kəsilən qurban o evin, o ailənin qurbanıdır. Eyni zamanda ondan alınan savab bütün ailəyə şamildir.

Vacib, yaxud sünnə qurbandan başqa, eyni zamanda ölmüş ata-ana, yaxud kiminsə adına qurban kəsmək olar.

  1. Canı çıxmamış heyvanın başını bədəndən ayırmaq olarmı?

Heyvanın halal olması üçün boğazının iki yanında yerləşən şah damarları ilə nəfəs borusu (hulqum) və yemək borusunu kəsmək kifayətdir. Boğazının kəsilməsindən məqsəd onun insana haram sayilan qanının axmasıdır. Kəsildikdən sonra heyvanın damarlarında və başqa orqanlarında qalan qan qalıqları isə təmiz sayılır.

Heyvan hərəkətsiz hala gəldikdən sonra onurğa sümüyünə bıçaq vuraraq başı bədəndən  ayırmaq lazımdır. Əks təqdirdə, yəni heyvan hələ canlı ikən bunu etməklə,  heyvana əziyyət edilmiş olar ki, canı çıxmamış heyvanın başını ayırmaq məkruhdur. Hz. Peyğəmbər (s.ə.s) hədislərindən birində belə buyurur: “Allah hər şeyə qarşı yaxşı rəftar etmənizi əmr etdi. (Zərərli heyvanları) Öldürsəniz belə əziyyət vermədən öldürün. Sizdən biri heyvan  kəssə, bıçağını itiləsin və əziyyət vermədən kəssin 

(Müslüm, Sayd, 57; Əbu Davud, Ədaha, 11)

Dr. Əhməd Niyazov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURBANIN XATIRLATDIQLARI…

Əziz qardaşlarımız, Qurban bayramı ərəfəsində qısaca olaraq bir neçə məsələni xatırlatmaq istəyirik:

Bağla