QUREYŞ SURƏSİNİN TƏFSİRİ

0

Qurani-Kərimin 106-cı surəsi Qureyş qəbiləsinə nisbətlə Qureyş surəsi olaraq adlandırılmışdır. Məkkə dövründə nazil olan surələrdəndir. Qureyş surəsi 4 ayədən ibarətdir. Surə qısa olsa da dərin mənaya sahibdir. Qureyş surəsi məna və mövzu baxımından Fil surəsinin davamı kimidir. Belə ki, Fil surəsində Məkkə şəhəri və xalqının Əbrəhə ordusundan qorunduğu bildirilir. Məkkədə hakim qəbilə Qureyş idi. Fil surəsindən sonra nazil olan Qureyş surəsində Allahın onları rahat və təhlükəsiz bir məmləkətdə yerləşdirdiyindən, onları hər cür ruzi ilə mükafatlandırdığından danışılır. Buna görə Fil surəsi və Qureyş surəsi bəzi alimlər tərəfindən bir surə olaraq qəbul edilir. Ancaq bu fikir yanlışdır. Qureyş adının surədə yer alması, Hz. Peyğəmbərin və ilk müsəlmanların bu qəbiləyə mənsub olması ilə yanaşı, Kəbənin mühafizəsi, idarə olunması və həcc işləri, zəvvarlara su və yemək paylanması kəmə önəmli vəzifələr bu qəbilə tərəfindən ifa edilmişdir.

            Surənin əvvəlində bildirilir ki, Allah Qüreyş üçün yay və qış səfərlərini rahatlatdi (Qureyş 106/1-2). Birinci ayədə keçən “îlâf” sözü lüğətdə “isindirmək”, “əhd”“ülfət” deməkdir. Qureyş adı ilə əlaqəli olan bu söz surədə iki dəfə keçir. Dostluq sözünün mənasını nəzərə alsaq, həm Qureyşin daxilindəki etibar və birliyinə, həm də onların qonşu camaatlarla dostluğuna diqqət çəkildiyi anlaşılır. Təfsirlərdə bildirilir ki, bu ayələrdə qeyd olunan səfərlər Qureyşin yayda Suriya bölgəsinə, qışda isə ticarət məqsədi ilə Yəmənə səfərlərinə işarə edir. Bu ticarət səfərləri sayəsində Qureyşilər bir tərəfdən iqtisadi vəziyyətlərini yaxşılaşdırır, digər tərəfdən də müxtəlif sivilizasiyalar və mədəniyyətlərlə tanış olmaq imkanı əldə edirdilər.

            Qureyş surəsində Allahın Qureyş xalqını yedizdirdiyi, aclıqdan və qorxudan xilas etdiyi vurgulanır. Onlara bu nemətlərə görə Allaha ibadət etmək əmr olunur (Qureyş 106/3-4). Mənbələrdə bildirilir ki, Allah Qureyşi həm məskunlaşdıqları Məkkədə, həm də Məkkədən kənara səfərlər etdiklərində və ya Fil hadisəsində Əbrəhə ordusunu məğlub edərək, onların təhlükəsizliyini təmin etməklə qorxudan xilas etmişdir. (Fəhrəddin ər-Razi, XXXII/109). Digər tərəfdən surədə Həzrət İbrahimin duası (İbrahim 14/37) və Kəbənin müqəddəsliyi sayəsində bolluq içində yaşadıqları və ya yay-qış aylarında edilən ticarət səfərləri sayəsində o bölgədə baş verə biləcək aclıqdan qorunduqları ifadə edilir. Surədə “bu ev” (Kəbə) ifadəsindən sonra Allahın nemətlərinin xatırladılması ilə Qureyşlilərin öz nüfuz və nemətlərinə Kəbə sayəsində nail olduqları ifadə edilir. Qureyş surəsinin mesajı, ümumiyyətlə, verilən nemətlərə layiq olmaq və yalnız Allaha qulluq etməkdir.

Surənin fəziləti ilə bağlı Həzrət Peyğəmbərdən (Allahın salamı onun üzərinə olsun!) gələn rəvayətlərdə Allahın Qureyş haqqında bir surə nazil etməsinin ilahi bir nemət olduğu və heç bir ümmətə nəsib edilmədiyi (Alusi, XXX/238), Qureyş surəsini oxuyan hər kəsə on savab veriləcəyi bildirilir (Maqdisi, III/1626; Muhamməd ət-Trablusi, I/1057).

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Müsəlman futbolçu cinsi azlıqların bayrağı olan formanı geyinməkdən imtina etdi

Fransanın “Paris Saint-Germain” futbol komandasının müsəlman oyunçusu, cinsi azlıqların (LGBT) bayrağının təsvirləri olan formanı geyinməkdən imtina edib.   Məlumata görə,...

Bağla