Rəbia ibni Ka`b (ra) Peyğəmbərimizin (SAV) xidmətlərini könüllü olaraq yerinə yetirən bir şəxsdir. Əbu Firas adı ilə də məşhur idi. Rasulullahı (SAV) ilk gördüyü zaman daxilən ona bağlanan və dərin bir sevgi ilə ona təslim olan səhabədir. Həm Mədinədə, həm də səfərlərdə Peyğəmbərimizə (SAV) xidmət edən bu bəxtiyar insan, eyni zamanda elm öyrənən Suffa əhlindəndir.
Peyğəmbərimizin (SAV) səhabələrindən Əbu Firas (ra) vardı. O, hər gecə dəstəmaz alması üçün Peyğəmbərimizin (SAV) otağının qarşısına su gətirirdi. Bu xidmətinə hər gün davam edirdi. Bir gün Rasulullah (SAV) onu yanına çağırdı:
“Əbu Firas! Mən hamıya etdiyi yaxşılığın qarşılığını verirəm. Sən məndən nə istəyirsən? Bax, sən hər gecə mənə su gətirirsən.” – dedi Rasulullah (SAV).
“Ya Rasulullah! Mən cənnətdə sizinlə birlikdə olmaq istəyirəm.” – deyə Əbu Firas cavab verdi.
“Çox çətin bir şey istədin məndən.” – dedi Rasulullah (SAV).
Peyğəmbərimizin (SAV) cənnətdəki mövqeyi bütün peyğəmbərlərdən ucadadır.
“Cənnətdə sizinlə birlikdə olmaq istəyirəm.” – deyərək Əbu Firas arzusunu təkrarladı.
“Əbu Firas! Başqa bir şey istə, dünyəvi bir şey, dünyaya aid bir şey istə. Sən mənə çox xidmət etdin.” – dedi Rasulullah (SAV),
“Xeyr ya Rasulullah! Mən dünyada heç nə istəmirəm. Cənnətdə sizinlə birlikdə olmaq istəyirəm.” – deyərək Əbu Firas təkid etdi.
“Elə isə Əbu Firas! Mənə yardım et. Allaha çoxlu səcdə edərək mənə yardım et.” – dedi Peyğəmbərimiz. (Müslim, Salât, 226)