RƏCƏB TAYYİB ƏRDOĞAN CEYHUN BAYRAMOVLA GÖRÜŞƏCƏK

0

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.

Məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Görüş dövlət başçısının iqamətgahında keçiriləcək.

Qeyd edək ki, C.Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CEYHUN BAYRAMOV TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRƏ YOLA DÜŞÜB

31 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə...

Bağla