RƏCƏB TAYYİB ƏRDOĞAN ŞUŞAYA SƏFƏR EDƏCƏK

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ramazan bayramından sonra Şuşaya səfər edəcək. Ərdoğan bu barədə Türk Şurası Zirvə İclasındakı çıxışında məlumat verib.

II Qarabağ mühaibəsində Ermənstanın mövqeyini dəstəkləyən qərb ölkələrinə də mesaj verən Ərdoğan, Azərbaycana dəstəklərinin bundan sonra da davam edəcəyini vurğulayıb.

“… Əziz qadaşım İlham Əliyevin şəxsində Azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağda qazanılan qələbə münasibəti ilə bir daha təbrik edirəm.

Azərbaycanın bu bölgəni inkişaf etdirməsi ilə qardaşlarımızın yenidən öz torpaqlarına qayıtmasını arzulayıram. Qarabağdakı türk irsinin qorunması və bərpası üçün Azərbaycana dəstək verməyə davam etmək böyük əhəmiyyət kəsb edir. Hamımız birlikdə Azərbaycana dəstək verməyə davam etməliyik.

Arzum budur ki, ramazan bayramından sonra Şuşanı ziyarət edərək bu şəhərdə yeni bayram yaşayaq.” – deyə Ərdoğan çıxışında bildirib.

Dünyada baş verən dəyişikliklərin Türk Şurası kimi quruluşların əhəmiyyətini artırdığını deyən Ərdoğan, şuranın növbəti iclasının pandemiya şərtləri əlverişli olacağı təqdirdə 2021-ci il noyabrın 12-də İstanbulda oacağını deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ YENİDƏN BEYNƏLXALQ TƏŞKİLATIN DIREKTORLAR ŞURASINA ÜZV SEÇİLİB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Tərəflər Şurası və Direktorlar Şurasının...

Bağla