RƏQAİB QƏNDİLİNİZ MÜBARƏK OLSUN!

0

Rəcəb ayının ilk cümə gecəsi Rəqaib gecəsidir. Rəqaib sözü ərəb dilində “rəğabə” kökündən gəlir. Rəğabə sözü, bir şeyi istəmək, arzulamaq, ona qarşı meyl etmək və onu əldə etmək üçün səy göstərmək  mənalarını verir.

Rəqaib sözü Qurani-Kərimdə keçmir. Termin mənası olaraq Rəqaib qəndil gecələri dediyimiz mübarək gecələrdən biridir. Bu gecədə uca Allahın rəhmət, mərhəmət və yardımının bol olduğunu bilirik.

Rəqaib  gecəsini ibadətlə keçirmək gərəkdiyini alimlər bizə bildirir.

“Beş gecə vardır ki, o gecədə edilən dualar geri çevrilməz: Rəqaib gecəsi, Bərat gecəsi, Cümə gecəsi, Ramazan və Qurban bayramının gecəsi” (Beyxaki, Sünən, Şüabul-İman 3/342).

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ İNDİYƏDƏK 17 750 TERRORÇU ZƏRƏRSİZLƏŞDİRİB, 1259 ŞƏHİD VERİB

"Türkiyə 2015-ci ilin iyulundan bu günə qədər 17 750 terrorçunu zərərsizləşdirib". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti üzvləri...

Bağla