RƏSMİ ANKARA AZƏRBAYCANA DƏSTƏK NÜMAYİŞ ETDİRDİ

0

Türkiyə Xarici İşlər Nazirliyi, beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda keçiriləcək qondarma “prezident və parlament seçkilərini” tanımamağa çağırıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb:

“Bu addım BMT Təhlükəsizlik Şurasının qərarları və ATƏT-in prinsipləri daxil olmaqla hüququn açıq şəkildə pozulmasıdır. ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyəti bu “seçkiləri” tanımamağa çağırırıq. Türkiyə Azərbaycanın suverenlik və ərazi bütövlüyünü pozacaq bu qeyri-legitim seçkiləri tanımır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AVSTRİYA KANALINDA İLK DƏFƏ İSLAMİ VERİLİŞ

Koronavirusla mübarizə çərçivəsində məscid və ibadətxanaların bağlanması ilə “Avstriya Radio və Televiziyası”nda (ORF) ilk dəfə müsəlmanlar üçün dini proqram yayınlanıb....

Bağla