RƏSMİ MOSKVA: AYASOFİYA TÜRKİYƏNİN DAXİLİ MƏSƏLƏSİDİR!

0

“Rəsmi Ankaranın Ayasofiyanı məscidə çevirməsi barədə qərarı Türkiyənin daxili məsələsidir.”

Bunu, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Serey Verşinin, jurnalistlərə verdiyi açıqlamada deyib.

“Bilirsiniz ki, bu mövzu ölkəmizdə də, xaricdə də böyük əks-sədaya səbəb olub. Amma ümumi planda fikirləşirik ki, bu mövzu Türkiyənin öz daxili məsələsidir. Türkiyənin öz daxilində atdığı bu addıma nə biz, nə də başqa ölkə qarışmamalıdır.” – deyə nazir müavini bildirib.  

Verşinin, məbədin dünya mədəniyyəti üçün sahib olduğu əhəmiyyətə də diqqəti cəlb etmək istədiklərini deyib.

Daha əvvəl Rusiyanın ortodoks kilsəsi Ayasofiyanın məscidə çevrilməsini şərh edərkən, bu qərara görə qayğılandıqlarını demişdi.

Rusiya xarici işlər nazirinin digər müavini Aleksandr Qruşko isə, Türkiyənin Ayasofiyanın statusunu dəyişdirmək qərarına görə təəssüf etdiklərini, amma Ankaranın YUNESKO-nun dünya irsi siyahısında olan bu binanın qorunması və əlçatan olması barədə bütün öhdəlikləri yerinə yetirəcəyini ümid etdiklərini bildirmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AĞIL VƏ ZƏKA NƏDİR?

Rəbbimiz belə buyurur: “Biz, Adəm övladını şərəfli və hörmətli elədik”(İsra 70). İnsanın şərəf və izzət əlamətlərindən birisi ağıl və zəka...

Bağla