R.T.ƏRDOĞAN AYASOFİYA BARƏDƏ MÜVAFİQ FƏRMAN İMZALADI

0

Türkiyədə Dövlət Müşavirliyinin, Ayasofiyanın muzeyə çevrilməsi barədə Nazirlər Kabinetinin qərarını ləğv etməsindən sonra ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan  bu istiqamətdə müvafiq fərman imzalayıb.

İslamveirfan.com xəbər verir ki, R. T. Ərdoğan imzaladığı fərmanı “Xeyirli olsun!” şərhi ilə sosial şəbəkədəki rəsmi səhifəsində paylaşıb.

Fərmanda deyilir:

“İstanbul vilayəti, Fatih rayonunda yerləşən Ayasofiya məscidinin muzeyə çevrilməsi barədə Nazirlər Kabinetinin 24.11.1934 tarixli və 2/1589 saylı qərarı, Dövlət Müşavirliyi 10-cu departamentinin 02.07.2020 tarixli və E:2016/16015, K:2020/2595 saylı qərarı ilə ləğv edildiyi üçün, Ayasofiya məscidinin idarəsinin 22.06.1965 tarixli və 633 saylı “Diyanət işləri başqanlığının quruluş və vəzifələri barədə” qanunun 35-ci maddəsinin tələbi ilə Diyanət İşləri Başqanlığının balansına verilərək ibadət üçün açılmasına qərar verilmişdir.”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AYASOFİYA ÖZ FƏALİYYƏTİNİ MƏSCİD KİMİ DAVAM ETDİRƏCƏK

İyulun 2-də Ayasofiya üçün keçirilən məhkəmə prosesindən sonra Dövlət Müşavirliyi (Danıştay) 10-cu departamenti bu gün öz qərarını açıqlayıb. Departament, Ayasofiyanı...

Bağla