“RAMAZAN AYINDA KÜTLƏVİ İFTAR VƏ SAHUR ZİYAFƏTLƏRİ OLMAYACAQ”

0

“Ramazan ayında bütün ölkədə kütləvi iftar və sahur (obaş) kimi tədbirlər baş tutmayacaq”.

Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

Ölkə başçısı qlobal pandemiya səbəbindən tədbirlərin davam edəcəyini açıqlayıb.

“Ramazan ayında bütün ölkədə kütləvi iftar və sahur (obaş) kimi tədbirlər baş tutmayacaq.  Bu mübarək ay müddətində bütün ölkədə həftə sonları insanların bayıra çıxması məhdudlaşdırılacaq. Sadəcə ramazan ayında bütün Türkiyədə restoran və kafe kimi iş yerlərinin xidməti paket servisi ilə məhdudlaşdırılacaq.” – deyə prezident Ərdoğan bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NAMƏHRƏMƏ BAXMAĞIN HÖKÜMÜ NƏDİR?

Mömin kişilərə de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz bir davranışdır....

Bağla