Müqəddəs ramazan ayının son 10 günündə müsəlmanlar Allaha daha yaxın olmaq üçün ibadətlərini çoxaldırlar. Bu ibadətlərdən ən əhəmiyyətlisi sadəcə ramazan ayının son 10 günündə yerinə yetirilən itikafdır. Bu, bir müsəlmanın ramazanın son 10 günündə məscidə girərək namaz qılması, Quran oxuması və zərurət xaricində buradan çıxmamasıdır.
Bundan başqa bəzi möminlər gündəlik olaraq məscidləri ziyarət edir, burada namaz qılırlar və Quran oxuyurlar.
Müxtəlif islam dünyasındakı məscidlərdə çəkilmiş fotoları oxucularımıza təqdim edirik: