RAMAZAN BOYU YOXSULLARA YARDIM ÜÇÜN 41 MİLYON AYRILDI – İBRƏTAMİZ…‎

0

200 min orucluq ziyafəti veriləcək…

Birləşmiş Ərəb Əmirliklərindəki “Şarji” xeyriyyə təşkilatı bu ilki Ramazan ayı boyu ölkədə və dünyada ehtiyac sahiblərinə yardım üçün 41 milyon (təxm. 11, 2 mln. dollar) dirhəm ayırıb.

Moderator.az-a istinadən xəbər verilir ki, xeyriyyə fondunun baş katibi Abdullah Əl-Duxan 3 milyon dirhəmin yalnız 3000 ailənin yeməyi üçün ayrıldığını söyləyib. Yeməklər bütün əmirlik boyu 147 çadırda paylanacaq. Dünyanın 56 ölkəsində isə 200 min orucluq ziyafəti veriləcək. A.Duxan, həmçinin, BƏƏ-nin ehtiyac sahibi olan vətəndaşlarına sədəqə vermək üçün 15 milyon dirhəm ayırıb.

Qeyd edilir ki, təşkilat zəngin insanların ianələri sayəsində yoxsullara kömək edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDAN HƏCC ZİYARƏTİNƏ GETMƏK İSTƏYƏNLƏRİN SAYI 500-Ü KEÇİB

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 500-dən artıq insan müraciət edib.

Bağla