RAMAZANDAN SONRA

0

Artıq Ramazan ayını arxada qoyduq. Ötüb keçən aylar, günlər kimi bu Ramazan ayı da gəlib geçdi. Ramazan ayı hər il gələn bir mədəniyyətdir. Qaranlıqlara nur saçan bir günəşdir. Möminlər üçün rəhmətdir. Ramazan orucla, Quranla, təravihlə, iftarla, sahur və dua ilə bol olan bir şəfaət ayıdır. 

   Gəldi və getdi. Gedərkən bizə oruc ibadəti ilə yumşalmış bir ürək, Quranla gözəlləşmiş bir dil, zəkatla təmizlənmiş bir sərvət qoyaraq bizi tərk etdi. Yenidən qayıtdıqda bizi eyni gözəlliklərlə görmək ümidi ilə getdi. Elə isə üzərimizə düşən əsas vəzifə, Ramazanı yola saldıqdan sonra da gözəl əməllər işləməyə davam edərək bu halımızı qoruyub saxlamaqdır. Əks halda Qurani-Kərimin rəhmət və şəfasından, namazın nurundan, orucun işığı və bərəkətindən məhrum olarıq ki, bu da müsəlman üçün çox acınacaqlı haldır. Çünki həqiqi müsəlman yalnız Ramazanda deyil, hər zaman halal və harama diqqət edən, namazını vaxtlı-vaxtında qılan kimsədir. Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurur: 

   Hər müsəlman həmişə yaşadığı ömrünün hesabını aparmalıdır. Xüsusilə, Ramazanı yola saldıqdan sonra özümüzü hesaba çəkərək bunları düşünməliyik: Bu oruc ayında tutduğumuz oruclar, oxuduğumuz Quranlar, qiyamət günündə bizə şəfaətçi olacaqmı?

   Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində: “Bir kimsə Allahın rizası üçün oruc tutarsa, Allah-Təala onunla cəhənnəm arasında yer ilə göy arasındakı məsafə qədər bir xəndək yaradar[2],- deyə buyurur. O zaman gəlin düşünək, görək tutduğumuz oruc bizim cəhənnəmə girməyimizə mane olarmı?

   Bu mübarək ayda küsülü olduğumuz din qardaşımızla barışdıqmı? Onlara qarşı ürəyimizdə olan kin və küdurəti silib atdıqmı?

   “Həşr” surəsinin 10-cu ayəsində qeyd edildiyi kimi:

,- deyə dua etdikmi?

   Bəli, Ramazan ayı çıxandan sonra hər kəs “Mən bu mübarək ayda hansı savab işlər gördüm və ya görmədim?” deyə özünü hesaba çəkməlidir. Xususilə də Ramazandan sonra daha məscidə getməmək və yaxud arada bir getmək, namazları bəzən qılmaq, bəzən qılmamaq, uzun müddət Qurana toxunmamaq və s. bu və buna bənzər hərəkətlərin olmamasına diqqət etmək lazımdır. Sanki tətilə çıxırmış kimi, gələn Ramazanı gözləyənlər daha çox düşünməlidirlər.

   Ramazan ayı bizdən ayrılarkən sanki bizə belə səslənir: “Ey müsəlmanlar, bir ətrafınıza baxın! Hər gün qılınan cənazə namazları sizi haqq-hesab gününə bir addım daha da yaxınlaşdırır. Tökülən yarpaqlar, yağan yağmurlar, əsən küləklər bizi hesab verməyə bir az da yaxınlaşdırır”.

   Uca Rəbbimiz Qurani-Kərimdə bizə belə xəbərdarlıq edir: “İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaqdırsa, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)”[3].

   “Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!”[4]

   Bunun üçün həm dünyamızı, həm də axirətimizi qazanmaq məcburiyyətindəyik. Yalnız dünyanı qazanmaq bizi həqiqi xoşbəxt edə bilməz. Həqiqi xoşbəxtlik həm dünya, həm də axirət üçün çalışmaqla olur. Bu baxımdan axirət üçün çalışmağı yalnız Ramazan ayına həsr etmək böyük xətadır. “Mən müsəlmanam” deyən adam bu xətaya düşməməlidir. İlin on bir ayını məscidlərə getməyib, yalnız Ramazan ayında ibadət etməklə gözəl əməl işlənmiş sayılmaz. Müsəlman yalnız Ramazanda müsəlman olmur. Həqiqi müsəlman hər zaman və hər yerdə ilahi əmrləri yerinə yetirən insandır.

   Allah Rəsulu (s.ə.s) bir hədisi-şərifində buyurur:

   “Ağıllı adam nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışandır. Aciz və zavallı kəs isə nəfsinə həva və həvəsinə uyan kimsədir[5].

[1] Hicr, 99.

[2] Tirmizi, Cihâd, 3 (1624).

[3] Ənbiya, 1

[4] Qiyamə, 36.

[5] Tirmizi, Qiyamə, 25; İbn Macə, Zöhd, 21.

Müşfiq XƏLİLOV  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAMAZANIN ARDINDAN

On bir ayın sultanı olan bir Mübarək Ramazanı ayını da geridə qoyduq. Gəlişi ilə bütün mömün ruhları sevindirdiyi kimi, vəda...

Bağla