RAMAZANI İDRAK ETMƏK

0

Sual:

Ramazan ayı necə bir aydır?

Qısa Cavab:

  • Quranın nazil olduğu aydır (Bəqərə 185).
  • Bu ayda oruc tutmağı əmr edir Rəbbimiz, elə bir oruc ki, mükafatını sadəcə Allah özü müəyyən edəcək (əl-Buxari, 1904)
  • Min aydan daha xeyirli olan Qədir gecəsini ehtiva edir (Qədir surəsi)
  • Önəmli işlərin, əməllərin, ruzi və əcəllərin təqsim olunduğu aydır (Duxan 4).
  • Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və üsyankar cinlə zəncirlənir. Cənnət qapıları açılır və cəhənnəm qapıları bağlanır (ət-Tirmizi, 682)
  • Bu ayda iman və ümid ilə ibadət edənlərin bağışlanacağı bildirilmişdir (əl-Buxari, 38)

Əl-Xülasə Ramazan ayının mərhəmət, bağışlanma, nurlanma, ucalma ayı olduğunu bildik, bəs bu fəzilətlərə necə nail ola bilərik. Deməli, iki məsələ var;

  1. Ramazanın fəziləti
  2. Ramazanın fəzilətinə qovuşmaq

Bu iki məsələ bir-birindən ayrı şeylərdir. Birinci məsələdə şübhə yoxdur, necə ki, bu mövzuda ayə və hədislərdə çox sayda dəlil var. Bəs, biz Ramazanın fəzilətinə qovuşa (idrak edə) bilirikmi? Əsil məsələ elə budur. Ramazan ayına çatmaq o demək deyil ki biz Ramazan ayının fəzilətinə qovuşuruq. Çünki bir çox hədisdə, bəzi oruc tutanlara sadəcə aclığın qalacağı, yəni heç bir fəzilətə, savaba nail olmayacaqları bildirilir (Buxari, Savm, 2). Yaxşı, o zaman, Ramazan ayının fəzilətinə qovuşmaq üçün nə etməliyik? Bu suala qısaca cavab verək;

Birinci Mərhələ – Hazırlıq

  • İmanımızı (tövhid kəlməsi ilə) təzələyək
  • Ramazan ayının fəziləti barədə ayə və hədisləri oxumaq
  • Orucun zahiri hökmlərini öyrənmək
  • Orucun batini hökmlərini öyrənmək
  • Ramazana (oruca) xalis bir niyyətlə başlamaq

İkinci Mərhələ  – Hücum

  • Orqanlarımızı və ən önəmlisi könlümüzü günahdan, şərdən və pilikdən qorumaq
  • Ramazan ayında ibadət, zikr və təfəkkürü artırmaq
  • Məscidlərə tez-tez getmək və orada etikafa girmək.
  • Quranı və hədisləri oxumaq və anlamağa çalışmaq, həmçinin əzbərləmək
  • Doğru, dürüst, saleh, yaxşı insanlarla birlikdə olmaq
  • Yardımlaşmaya əhəmiyyət vermək və başqalarına kömək etmək

Üçüncü Mərhələ – Qələbə (ümidini kəsməmək)

  • Sevinmək, sevindirmək, ruh yüksəkliyi yaratmaq və xoş səda yaymaq
  • İnsanları bağışlamaq, (varsa) haqqın halal edilməsi, küsülülərin barışması
  • Qohum əqrəba, dost tanış ziyarəti və onların halını soruşmaq
  • Bolluca dua etmək və Allahdan bağışlanma diləmək

Bu sadalananlara çox şey əlavə etmək olar amma məqsəd hasil olmuşdur, zənnimcə. Qısaca desək; Rəbbim bizi Ramazana çatdırdı, şükür Allaha, bundan sonra Ramazanı idrak etmək isə bizə buraxılıb.

Rəşad  Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Səhiyyə Nazirliyi Ramazan ayında qidalanma ilə bağlı əhaliyə müraciət edib

Ramazan ayında balanslı qidalanmaya diqqət yetirilməlidir. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib. O bildirib ki, istilik və rütubətin...

Bağla