RAMAZANI-ŞƏRİF BİR MƏĞFİRƏT İQLİMİDİR

0

Ramazanı-Şərif bir məğfirət iqlimidir. Çox-çox dua etməliyik və tövbələrimiz, tövbəyi-nasuh (həqiqi tövbə) olmalıdır. Yəni dil ilə yox, əməl ilə tövbə olmalıdır. Tövbələrimizi saleh əməllərlə təsdiq etməliyik. İşlədiyimiz günahlardan da oddan qaçdığmız kimi qaçmalıyıq və işlədiyimiz pis əməllər bizə izdırab verməlidir. Allah-Taala Loğman surəsində, “Dünya həyatı sizi aldatmasın, şeytan Allahın bağışlaması ilə sizi aldatmasın!” – buyurur.

Deməli qul istiqamət üzrə hərəkət etməlidir və saleh əməl sahibi olmalıdır. Qul, bəzi ruhani məziyyətlərlə təchiz edilməli və Allaha qarşı daimi bir istiğfar halında olmalıdır.

Allahın növbəti müjdəsi: “Qul tövbə edib saleh əməllər işləyərsə, bu tövbəsi qəbul edilmiş halda Allahın hüzuruna çıxacaq. Təbii ki, qul haqqı bunun xaricindədir. Üzərində qul haqqı olanın işi qiyamətə qalır. Bunun tək çarəsi haqq sahibi ilə halallaşmaqdır. Haqq sahibi ölübsə bu haqq onun övladlarına ödənəcək. Bu da mümkün deyilsə onun adından xeyir işlər görəcək. Buna da imkan yoxdursa onun üçün çoxlu istiğfar edəcək. Əks təqdirdə qiyamət günü öz savablarını haqq sahibinə verəcək, savabları çatmasa onun günahlarını alacaq.   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÜNYA DİNİ LİDERLƏRİNİN 9 MAY MÜRACİƏTİ

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin üzv olduğu, Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində mərkəzləşən Dünya və Ənənəvi Dini liderləri Qurultayı...

Bağla