RAMAZANIN SON 10 GÜNÜNDƏ MİSİRDƏ TƏRAVİH QILINACAQ

0

Misirdə, kovid-19 pandemiyası səbəbindən qapadılmış məscidlərdə ramazanın son 10 günündə təravih namazları qılınacaq. İslamveirfan.com xəbər verir ki, bu barədə “Əzhər” qurumunun bəyanatı yayılıb.  

Bəyanatda, bu ibadətlərin ictimaiyyətə açıq olmayacağı, namazlarda sadəcə məscid əməkdaşları ilə dezinfeksiya heyətinin iştirak edəcəyi bildirilib. Həmçinin, təravih namazlarının “Əzhər”in rəsmi Facebook səhifəsindən canlı yayımlanacağı da qeyd edilib.

Qeyd edək ki, hazırda Misirdə 6 465 kovid virusunun daşıyıcısı var və onlardan 429 nəfər dünyasını dəyişib.  

/Anadolu/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TANINMIŞ İLAHİYYATÇI VƏFAT ETDİ

Türkiyənin tanınmış ilahiyyatçı din xadimi Ömər Döngəloğlu vəfat edib. İslamveirfan.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl kovid-19...

Bağla