Ramin Məmmədov: Azərbaycanda dini sahədə stabil mühit mövcuddur

0

Azərbaycanda dini sahədə stabil mühit mövcuddur.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhərinin Suraxanı rayonunda yerləşən “Xanım Fatimeyi-Zəhra” məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşdə deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan ölkə konfessiyalar və məzhəblər arasında münasibətlər baxımından nümunəvidir.

R.Məmmədov söyləyib ki, Prezident İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması milli-mənəvi dəyərlərimizə olan yüksək münasibətin bariz nümunəsidir:

“Ölkəmizdəki sağlam dini mühitin qorunub-saxlanılması baxımından maarifləndirmənin əhəmiyyətinə diqqət çəkən komitə sədri bu istiqamətdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək müvafiq tövsiyələrini verib”.

Eyni zamanda komitə sədri ibadət evlərinin fəaliyyəti ilə yerində tanış olmaq üçün məscid, kilsə və sinaqoqları ziyarət etdiyini, bu prosesin ölkənin bütün bölgələrini əhatə edəcəyini deyib. Bildirib ki, ibadət evlərini ziyarət etməkdə məqsəd həm mövcud vəziyyəti əyani şəkildə görmək, həm də din xadimləri, dini icma üzvləri ilə birbaşa müzakirələr aparmaqdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ Qarabağ azad olunanda bəziləri ermənilərin əsassız iddialarını müdafiə edirdilər”

Qarabağ işğaldan azad olunanda bəziləri ermənilərin əsassız iddialarını müdafiə edirdilər. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf...

Bağla